AZ

Putin Rəisinin ölümündən sonra İranla münasibətlərdən danışdı

"Prezident İbrahim Rəisinin ölümündən sonra İranın xarici siyasətində dəyişiklik olacağını gözləmirəm".
 
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin İbrahim Rəisinin ölümündən sonra İranla münasibətlər barədə fikir bildirərkən deyib.
 
Putin vurğulayıb ki, xarici siyasətin qurulması Tehranın suveren hüququ və qərarıdır. O, həmçinin İranın böyük regional güc olduğunu və dünya işlərində mühüm rol oynadığını xatırladıb.
 
"Bu faciədən sonra İran rəhbərliyinin xarici siyasətində, çətin ki, hər hansı dəyişikliklərlə qarşılaşaq", - deyə o əlavə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
moderator.az

10Mənbələr