AZ

Zelenski: “Qərb Rusiyanın müharibəni uduzacağından qorxur”

Zelenski:

Rusiya Ukraynaya hücumu gücləndirək.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı Ukrayna prezidenti Vladimir Zelenski edib.

Onun sözlərinə görə, Qərb münaqişənin tez həll olunmasına çağırışlar etsə də, Kiyev yalnız “ədalətli sülh”ə razılaşacaq.

Zelenski müttəfiqlərinə daha çox hava hücumundan müdafiə və qırıcı təyyarələr göndərmək istəyini təkrarlayıb.

Prezident deyib ki, Rusiyanın “ən böyük üstünlüyü” Ukraynaya Qərbin təchiz etdiyi silahlardan Rusiya ərazisinə zərbələr endirməyə qadağa qoyulmasıdır.

Zelenskinin fikrincə, Ukrayna müdafiə xəttini saxlayacaq və Rusiyanın istənilən böyük irəliləyişini dayandıracaq.

O, Fransa prezidenti Emmanuel Makronun Paris Oyunları zamanı Olimpiya atəşkəsi ilə bağlı çağırışını rədd edərək, bunun Moskvaya qoşunların və artilleriyanın yerdəyişməsi üçün vaxt vermək olduğunu bildirib.

Zelenski əlavə edib ki, Ukrayna və onun Qərb müttəfiqləri “eyni dəyərlərə” malik olsalar da, çox vaxt “fərqli baxışlar” nümayiş etdirirlər - xüsusən də münaqişənin sona çatması ilə bağlı.

“Biz absurd vəziyyətdəyik ki, Qərb Rusiyanın müharibəni uduzacağından qorxur. Eyni zamanda Ukraynanın uduzmasını da istəmir”, - Zelenski deyib.

Ukrayna prezidenti Çini və inkişaf etməkdə olan ölkələri İsveçrədə onlarla liderin iştirakı ilə keçiriləcək sülh sammitində iştiraka çağırıb. Onun sözlərinə görə, Çin kimi qlobal oyunçuların Rusiyaya təsiri var. “Və belə ölkələr bizim tərəfimizdə, müharibənin bitməsinin tərəfində olsalar, Rusiya onlarla daha tez hesablaşmağa məcbur olacaq”, - deyə Zelenski yekunlaşdırıb.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
reyting.az

10Mənbələr