AZ

“Silah tədarükü ilə bağlı qərarlar 1 il gecikir” – Zelenski Qərbi ittiham etdi

“Qərb müttəfiqlərinin Kiyevə hərbi dəstək haqqında əsas qərarları qəbul etməsi çox vaxt aparır”.

Tribunainfo.az xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Prezident NATO ölkələrini Ukrayna üzərində Rusiya raketlərini vurulmasına kömək etməyə və və ölkə sərhədilərin yaxın yerlərdə cəmləşmiş Rusiya hərbi texnikasına qarşı Qərb silahlarının istifadəsinə icazə verməyə çağırıb. Zelenski bu barədə tərəfdaşları ilə danışıqlar apardığını, lakin bu müzakirələrin nəticə vermədiyini bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynaya silah tədarükü ilə bağlı qərarlar təxminən bir il gecikir. Zelenski iddia edir ki, Ukrayna daha əvvəl “Patriot” hava hücumundan müdafiə sistemlərini alsaydı, Rusiyanın enerji və infrastruktur obyektlərinə çoxsaylı hücumlarının qarşısını ala bilərdi.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna silahlı qüvvələrinin Rusiya hava qüvvələrinə qarşı durmaq üçün təxminən 120-130 F-16 qırıcısı yoxdur.

Zelenski əmin olduğunu bildirib ki, əgər NATO təyyarələri Rusiya raketlərini vurarsa və bununla da Ukraynanın mülki əhalisini qoruyarsa, bu, hərbi ittifaq ölkələrinin Rusiya ilə müharibəyə cəlb olunması kimi qiymətləndirilməyəcək.

Xarkov vilayətindəki vəziyyəti şərh edən Zelenski qeyd edib ki, bir həftə əvvəl cəbhədə vəziyyət xeyli çətin idi, indi isə nəzarət altındadır.

Ukrayna iyunun ortalarında İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə hazırlaşır. “Reuters” xatırladır ki, Rusiya ora dəvət edilməyib. Onun sözlərinə görə, tədbirə mümkün qədər çox ölkəni toplamaq son dərəcə vacibdir.

“Sonra Rusiya təkcə Ukraynaya deyil, dünya ölkələrinin əksəriyyətinə cavab verməli olacaq”, – deyə Prezident qeyd edib.

Çinin sammitdə mümkün iştirakından danışan Zelenski qeyd edib ki, tədbirdən sonra bəlli olacaq, kim müharibəni bitirmək, kim Rusiya Federasiyası ilə möhkəm münasibətlər saxlamaq istəyir.

Moskva daha əvvəl bəyan etmişdi ki, Ukraynaya silah tədarükü döyüş meydanındakı vəziyyətə təsir etməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
50
tribunainfo.az

10Mənbələr