AZ

Zelenski Xarkovu müdafiə etmək üçün iki "Patriot"a ehtiyac olduğunu deyir:“SADƏCƏ İKİ SİSTEM”

Ukraynanın “Patriot” sistemləri olarsa, Rusiya Xarkovu işğal edə bilməz.


Bunu Xarkovda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ABC telekanalına müsahibəsində deyib.


Xarkovda xəstəxanada yaralı hərbçiləri ziyarət edən Prezident Zelenski ABC-nin jurnalisti ilə ayaqüstü müsahibəsində bildirib ki, döyüş meydanında vəziyyət gərgindir “Briqadalarımız tam təchiz olunmayıb, çünki biz hərbi yardım paketini 8 ay gözləməli olmuşuq”.


Ukrayna Prezidenti ölkəsinin təcili şəkildə havadan müdafiə sistemlərinə ehtiyac duyduğunu vurğulayıb: “Biz bu region barədə, Xarkov barədə danışırıqsa, əgər bizim iki "Patriot" sistemimiz burda olsa, Rusiya buranı işğal edə bilməz. Sadəcə iki sistem”.


Ukrayna dövlət başçısı hərbi yardıma görə ABŞ və digər ölkələrə təşəkkür edib, lakin o, bir daha vurğulayıb ki, gecikmələrin ağır nəticələri olur.


V. Zelenski jurnalistin bu vəziyyətdə ABŞ-ın günahkar olmasına dair sualına isə belə cavab verib: “İndi Xarkovda baş verənlərin günahkarı dünyadır. Dünya Putinə bu imkanı verdi ki, o, işğal etsin. Lakin indi dünya bizə kömək edə bilər”.


**14:18

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkova gedib.


Senzor.az  bildirir ki, bu barədə Prezident Zelenski "Telegram" hesabında məlumat verib.


O qeyd edib ki, Xarkov vilayətində, Volçansk və Liptsı rayonlarında əməliyyat şəraiti, vəzifələr və ehtiyaclar müzakirə olunub: "Həmçinin döyüş vəziyyətinin perspektivləri, yaxın günlərdə və həftələrdə təhlükələr və bizim, Ukraynanın Rusiyanın hücum planlarına qarşı çıxmaq imkanları ətraflı təhlil olunub. Bu gündən Xarkov vilayətində vəziyyət ümumilikdə nəzarət altındadır, əsgərlərimiz işğalçıya xeyli itki verdirir".


Dövlət başçısı əlavə edib ki, bu istiqamətdə döyüşlər son dərəcə ağır gedir və Ukrayna bölmələrini gücləndirir.


Xatırladaq ki, mayın 10-da ruslar Xarkov vilayətinin şimalında hücuma keçiblər. Boz zonanın onlarla kəndi tutulub və onlar Volçansk şəhərinin ətraf ərazilərinə daxil olublar. Hazırda orada şiddətli döyüşlər gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
50
senzor.az

10Mənbələr