Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.
Hadisəyə səbəb İkinci Dünya Müharibəsi dövründən qalmış 76 mm-lik döyüş sursatının partlaması olub. Leninqrad Hərbi Dairəsi komandanlığının nümayəndələri hadisənin başvermə səbəbini və şəraitini aydınlaşdırmaq üçün ərazidədir.
10Mənbələr
-
missiya.azRusiyada hərbi akademiyada partlayış olub ( 6589468)
-
ednews.netRusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var ( 6589132)
-
ayna.azRusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var ( 6588574)
-
sonxeber.netRusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var ( 6588181)
-
milli.azRusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var ( 6587797)
-
senzor.azRusiyada hərbi akademiyada partlayış olub -VİDEO ( 6587071)
-
demokrat.azRusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var ( 6586804)
-
azpolitika.infoRusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var ( 6586783)
-
seher.mediaRusiyada hərbi akademiyada partlayış: Yaralananlar var - VİDEO ( 6586441)
-
ikisahil.azRusiyada hərbi akademiyada partlayış olub ( 6586282)