AZ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Tarix: 18 May 2024 00:18

Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib.
Hadisə nəticəsində 7 hərbçi xəsarət alıb. Onların hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb. Zərərçəkəmnlərə tibbi yardım göstərilir.
Qeyd edək ki, "SHOT" "Telegram" kanalı isə ilkin ehtimala görə, binaya dronla hücum edildiyi barədə məlumat yayıb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
3
sonxeber.net

10Mənbələr