AZ

KULEBA TÜRKİYƏ VƏ ÇİNİN SÜLH SAMMİTİNDƏ İŞTİRAKI İLƏ BAĞLI SUALA CAVAB VERMƏKDƏN İMTİNA EDİB

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Türkiyə və Çinin İsveçrədə keçiriləcək sülh sammitində iştirakı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini diplomatik departament Telegram kanalında sitat gətirir.

“İştirakçıların sayının artması tendensiyası məni qane edir. Amma biz hamının adını açıqlaya bilmərik”, - deyə Kuleba Türkiyə, Hindistan və Çinin iştirakı ilə bağlı sualı cavablandırıb.

Onun fikrincə, Rusiya iqtisadi və diplomatik yolla ölkələri sammitdə iştirakdan imtina etməyə məcbur edə bilər.

Bundan əvvəl Kuleba Rusiya ilə gizli danışıqlara dair məlumatları təkzib etmişdi. Onun fikrincə, bu cür söz-söhbətlərin yaranmasında məqsəd İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh sammitində iştirakçıların sayını azaltmaqdır.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
tezadlar.az

10Mənbələr