AZ

Çin İsveçrədə sülh sammitini "ciddi şəkildə boykot" edir

"Çin inkişafda olan ölkələri Braziliya ilə birgə hazırladığı sülh planına cəlb etməyə cəhd göstərir..."
 
Pekin "sülh sammiti"ndə iştirak etməkdən imtina edib, sammitdə qeydə alınan iştirakçıların sayı azalıb
 
Çin digər ölkələrin hökumətlərini öz mövqeyinə meylləndirməklə İsveçrədə sammit ərəfəsində Ukraynada rəqabətli sülh planını yeritmək istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatlara istinadən məlumat yayıb.
 
Diplomatlardan biri Pekinin kampaniyası Bürgenştokdakı görüşün "incə boykotu" adlandırıb. 
 
Pekin diplomatları jurnalistlərə deyib ki, açıq şəkildə sammiti tənqid etməyib, həmçinin digər ölkələrə sammitdə iştirak etməkdən çəkinməyi xahiş etməyib.
 
Digər mənbələr isə iddia edib ki, Pekin inkişafda olan ölkələrə bəyan edib ki, Ukraynanın "sülh sammiti" müharibənin uzanmasına gətirib çıxaracaq və bir çox ölkələr, guya, onun bu sammitə baxışlarını bölüşür.
 
Sammit ərəfəsində Pekin informasiya işini fəallaşdıraraq yüksək vəzifəli xarici qonaqlarla görüşlər keçirir, telefon zəngləri həyata keçirir və xarici nümayəndəliklərə məlumatlar göndərir. 
 
Pekinin Avrasiya işləri üzrə xüsusi elçisi Li Huey may ayında Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ziyarət edib.
 
Çin inkişafda olan ölkələri Braziliya ilə birgə işləyib hazırladığı sülh planına cəlb etməyə cəhd göstərir.
 
O, "lazım olan zamanda, həm Rusiya, həm də Ukraynanın qəbul etdiyi, bütün tərəflərin bərabər iştirakı ilə, habelə bütün sülh planlarının ədalətli müzakirə olunacağı sülh konfransının keçirilməsinə tərəfdardır".
 
Çin xarici işlər naziri Van İ ötən həftə deyib ki, artıq 45 ölkə bu təklifə dəstək verib, 20-dən çox ölkə buna qoşulub və ya bunu "ciddi şəkildə nəzərdən keçirir".
 
"Reuters" Çin tərəfdən lobbiçiliyin necə təsir etdiyini müəyyən edə bilməyib, lakin İsveçrə sammitində qeydə alınan iştirakçıların sayı
Zelenskinin Ofisinin iyunun əvvəlində təsdiq etdiyi 106-ya nisbətən aşağı düşüb", - jurnalistlər qeyd edib.
 
İsveşrədə sülh sammiti - bəlli olanlar
 
Bu istirahət günləri İsveçrədə Qlobal sülh sammiti keçiriləcək. Sammitdə 90 dövlət və təşkilat iştirak edəcək.
 
Ukrayna prezidenti Vladimir Putin məlumat verib ki, Sülh düsturunun əsas bəndləri kimi nüvə və ərzaq təhlükəsizliyi, habelə deportasiya edilənlər və əsirlərin qaytarılması seçilib.
 
Rusiya bəyan edib ki, Qlobal sülh sammitini ciddi qəbul etmir. Sonradan Pekin elan edib ki, öz nümayəndəsini İsveçrəyə göndərməyəcək, çünki bu görüş həm Rusiya, həm də Ukraynanın iştirakı ilə bağlı "gözləntilərə uyğun deyil".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
moderator.az

10Mənbələr