AZ

Ərdoğan dünya liderlərinə müraciət edəcək

İyunun 13-15-də İtaliyanın Bari şəhərində G7 Liderlər Sammiti keçiriləcək.

Oxu24.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə dünya liderlərinə səslənəcək.

Ərdoğan xüsusi qonaqdır...

Sammitdə İtaliya ilə yanaşı, ABŞ, İngiltərə, Fransa, Almaniya, Yaponiya və Kanada liderləri də iştirak edəcək. Ərdoğan zirvəyə xüsusi qonaq qismində qatılacaq. Türkiyə prezidenti sabah dünya liderləri ilə yüksək səviyyəli sammitdə iştirak edəcək. Onun çıxışının əsas gündəmi Qəzza olacaq.

Əsas diqqət bu problemlərə yönələcək...

Ərdoğan Türkiyənin Qəzzada qalıcı atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq. O, İsrailin Qəzzada 8 aydır həyata keçirdiyi qırğına dünyanın necə səssiz qaldığına diqqət çəkəcək. G7 Liderlər Sammitində Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal problemlər də müzakirə olunacaq. Əsas diqqət beynəlxalq enerji və qida sektorlarında yaşanan problemlərə yönəldiləcək. Davamlı inkişaf və iqtisadi əməkdaşlıq məsələləri də gündəmdə olacaq.

Yeganə

Mənbə: Trthaber.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
39
oxu24.com

10Mənbələr