AZ

ABŞ Qazaryana qarşı sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Şimali Koreyadan Rusiyaya silah satışını asanlaşdırdıqları üçün Rusiyanın iki vətəndaşı üç qurumuna sanksiya tətbiq edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

“Rusiyada fəaliyyət göstərən “Trans Capital” və “Rafort” şirkətlərindən istifadə edən Rafael Qazaryana, eləcə də Aleksey Budnev və onun rəhbərlik etdiyi “Texnologiya” şirkətinə qarşı sanksiya tətbqi olunub. Sanksiyalar bu şəxslərin ABŞ-dakı bütün əmlakının və əmlakındakı paylarının dondurulmasını nəzərdə tutur”, - məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya və Şimali Koreya keçən il ərzində hərbi əməkdaşlığını gücləndirib, KXDR Rusiyaya hərbi texnologiya müqabilində ballistik raketlər və sursatlar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
16
yenipress.az

10Mənbələr