AZ

Şimali Koreya 10-a yaxın ballistik raket buraxıb - "Yonhap"

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru ballistik raket atıb. Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Qərargahdan verilən məlumata görə, təxminən yerli vaxtla saat 06:14-də (01:14) 10-a yaxın yaxın mənzilli raket buraxılıb. Uçuş məsafəsi haqqında məlumat verilmir. Agentlik daha əvvəl bir ballistik raketin buraxıldığını bildirmişdi. Yaponiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, KXDR tərəfindən buraxılan bir neçə ballistik raketdən ən azı biri 100 km maksimum uçuş hündürlüyündə 350 km uçub. Qeyd edildiyi kimi, bütün raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Mayın 30-da səhər saatlarında KXDR, Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, 10 qısa mənzilli raket buraxıb. Yaponiyanın baş naziri Fumio Kişida raket buraxılışını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması adlandırıb və qeyd edib ki, Yaponiya KXDR-ə etiraz edib. Qadir, Bizimyol.info

Seçilən
190
7
bizimyol.info

2Mənbələr