AZ

Zelenski Rusiya qoşunlarının Xarkov vilayətində 10 km irəlilədiyini bildirib

“Ordumuz Xarkov vilayətində Rusiya hərbçilərinə hazırda olduğu mövqedən irəli getməyə imkan vermir. Onların irəlilədiyi ən uzaq məsafə cəmi 10 kilometdir. Cəbhənin müxtəlif istiqamətlərində isə irəliləyiş olmayıb”.

APA-nın “Pravda”ya istinadən xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O deyib ki, Silahlı Qüvvələrin və Birləşmiş Ordunun, eləcə də Sərhəd Qoşunlarının komandanları ilə müzakirələrdə ona cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumat verilib.

Ukrayna liderinin sözlərinə görə, Xarkov istiqamətinə müxtəlif batalyonlar cəlb edilməklə, bölgənin müdafiəsi gücləndirilib:

“Rusiya ordusu bu istiqamətdə müdafiə xəttini yara bilməyib. Onların sərhəddə daha güclü silahlardan istifadə etməsi itkilərimizin sayını artırır. Məndə olan məlumata görə Rusiya əsgərləri hələ də oradakı mövqeyində qalmaqda davam edir. Birinci və ikinci atəş xətlərində bizim hərbçilər dayanıb, üçüncü müdafiə zonasında isə yerli sakinlərdən ibarət özünümüdafiə dəstələri keşik çəkir”.

V. Zelenski əlavə edib ki, hazırda Rusiya ordusu Volçansk şəhərində möhkəmlənməyə çalışır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
sherg.az

10Mənbələr