AZ

"Rusiya bir dəfə də olsun cəbhədə böyük irəliləyiş əldə edə bilməyib" - Stoltenberq

 
"Rusiya qüvvələri əhəmiyyətsiz ərazi uğurlarına nail olub, lakin bunun böyük bədəlini ödəyib, mən əminəm ki, Ukrayna tamamilə qalib gələ bilər..."
 
Rusiya başqa ölkəyə hücum edib və bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Azadlıq Radiosu"na verdiyi müsahibəsində bəyan edib. Məlumatı "glavred.info" nəşri yayıb.
 
O, əmin olduğunu bildirib ki, Xarkov Rusiyanın yay hücumuna tab gətirəcək.
 
"Xarici işlər nazirləri ilə görüş məndə NATO üzrə müttəfiqlərin Ukraynaya qalib gəlmək və rusiyalı qəsbkarları dayandırmaq üçün dəstək verməyə hazır olduqlarına daha çox əminlik yaradıb", - o, deyib.
 
Stoltenberq qeyd edib ki, müharibələr öz təbiətinə görə proqnozlaşdırılmayandır.
 
"Lakin bizim indi gördüklərimiz ondan ibarətdir ki, Rusiya bir dəfə də olsun cəbhədə böyük irəliləyiş əldə edə bilməyib.
 
Onun qüvvələri əhəmiyyətsiz ərazi uğurlarına nail olub, lakin bunun böyük bədəlini ödəyib.
 
İndi isə NATO müttəfiqlərindən silah və döyüş sursatları daxil olur. Ona görə də mən əminəm ki, Ukrayna tamamilə qalib gələ bilər", - baş katib deyib.
 
O, xatırladıb ki, Rusiya başqa ölkəyə hücum edib və bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
 
"Beynəlxalq hüquqa görə isə özünümüdafiə legitimdir, Ukraynanın etdikləri məhz özünümüdafiə deməkdir. Özünümüdafiə hüququna isə təcavüzkarın ərazisindəki hədəflərə zərbələr vurulması da daxildir", - o, qeyd edib.
 
Onun fikrincə, Ukrayna məhz bunu edə bilmək imkanına malik olmalıdır.
 
"O cümlədən Xarkovda bunu etmək lazımdır, çünki orada cəbhə xətti və sərhəd bu və ya digər dərəcədə üst-üstə düşür. 
 
Ona görə də ukraynalıların Rusiya tərəfində artilleriya batareyaları, raket batareyaları və ya hava limanlarının rusiyalılar üçün müəyyən dərəcədə təhlükəsiz olacaqlarını etiraf etməyə məcbur olması çətin olardı, çünki ukraynalılar bu silahdan onlara qarşı istifadə edə bilməyəcək.
 
Mən NATO üzrə müttəfiqlərin məhdudiyyətləri zəiflətdiklərini və Ukraynanın, əlbəttə ki, özünümüdafiə hüququna malik olduğunu anlatmasını alqışlayıram", - Stoltenberq əlavə edib.
 
Ukraynada müharibə - cəbhədə vəziyyət
 
Bu gün Pokrovka cəbhədə ən gərgin istiqamət olaraq qalır. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında deyilir.
 
"Bütün cəbhə boyunca döyüş toqquşmalarının sayı 62-yə çatıb. Ən gərgin istiqamət Pokrovka olaraq qalır. Qəsbkarlar həmçinin Kupyansk və Seversk istiqamətlərində hücuma cəhd edir", - məlumatda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
moderator.az

10Mənbələr