AZ

Azərbaycan xaricdən buğda alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-aprel aylarında 59 milyon 697 min ABŞ dolları dəyərində 266 min 609 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 51,9%, həcmi isə 34,8% azalıb. 

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 223,9 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (303,1 dollar) ilə müqayisədə 26,1% və ya 79,2 dollar azdır. 

Əlavə edək ki, yanvar-aprel aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,09%-nə bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
31
banco.az

10Mənbələr