AZ

Azərbaycanda buğda istehsalını artırmaq mümkün olacaqmı? – ARAŞDIRMAVİDEO

Azərbaycanda Ölkəmizdə 150 min hektar sahədə buğda yetişdirməklə, ərzaqlıq buğda təminatını ən yüksək səviyyəyə çatdırmaq mümkündür.

Xezerxeber.az-ın xəbərinə görə, aqrar və iqtisadi sahə üzrə ekspert Cəfər İbrahimli deyir ki, bu sahədə idxalı minumuma endirmək üçün dövəlt tərəfindən mexanizm işə salınıb.

Belə ki, əkin sahələrinin suvarılmasında müasir suvarma sistemi və texnologiyaların alınması üçün sahibkarlara dövlət zəmanəti ilə kreditlər verilir.

Ekspertin sözlərinə görə, əkin sahələrində müasir suvarmaya keçid etməklə hədəfə çatmaq olar.

O, bildirib ki, ərzaqlıq buğda istehsalını artırmaq dövlətin prioritetlərindən biri sayılır. Cəfər İbrahimli hesab edir ki, ölkədə ərzaqlıq buğdanın əkini üçün yararlı torpaq sahələrinin az olmasına baxmayaraq, ildən-ilə buğda istehsalında əhəmiyyətli dərəcədə irəliləyişə nail olmaq mümkündür. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin də buğda əkini üçün böyük potensialı var.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk dörd ayında ölkəyə xaricdən əsasən Rusiyadan olmaqla 409 min tondan çox buğda idxal edilibsə, cari ildə bu rəqəm 266 min 609 tona düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
31
xezerxeber.az

10Mənbələr