AZ

Türkiyə mətbuatı, 5 iyun 2024

 

“Yeni Şafak”: Ərdoğanın Qəzza ilə bağlı dünyaya çağırışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin 7 oktyabrından bəri Qəzzada 15 mindən çox uşaq və körpənin İsrail tərəfindən vəhşicəsinə qətlə yetirildiyinə diqqət çəkərək dünyaya səslənib: “Sizi Qəzzada aylardır bombalarla günahsız uşaqların qətliamına qarşı konkret addım atmağa çağırıram”.

“Haber Türk”: İqtisadi proqram gözləniləndən daha yaxşı işləyir

  Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşek son 2 ayda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına 65 milyard dollar resurs axını olduğunu bildirib: “Tarixdə görünməmiş bir qaynaq axını var. İqtisadi proqram gözlənildiyindən daha yaxşı işləyir”.

“Star”: Türkiyə 6 kənd təsərrüfatı məhsulunun istehsalında və 5 məhsulun ixracatında dünya lideridir

  Türkiyənin Kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkənin fındıq, albalı, əncir, ərik, heyva və keçibuynuzu istehsalında dünyada birinci, fındıq, quru ərik, quru əncir, kişmiş və heyva məhsullarının ixracatında isə birinci yerdə olduğunu açıqlayıb.

“Hürriyet”: “Türksat 6A”nın kosmos macərası başlayır

  “Türksat 6A” peyki kosmosa buraxılmaq üçün ABŞ-a göndərilib. Peyk iyulun ikinci həftəsində kosmosa göndəriləcək. Bununla da Türkiyə “Türksat 6A” ilə rabitə peykləri istehsal edə bilən 10 ölkədən biri oldu.

“Vatan”: Balıqçılıq istehsalında rekord

  Türkiyənin su məhsulları istehsalı 2023-cü ildə 2 milyon tona yaxınlaşıb. Ölkənin Kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sektora verilən dəstəklə Türkiyə tarixində rekordun qırıldığını bildirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
31
trt.net.tr

10Mənbələr