AZ

Fransa Yeni Kaledoniyaya əlavə 1000 nəfər jandarm göndərəcək

Fransa Yeni Kaledoniyaya göndərdiyi jandarmların sayını daha 1000 nəfər artıracaq.

APA-nın yerli “La Voux du Nord” qəzetinə istinadən xəbərinə görə, bunu Baş nazir Qabriel Attal Müdafiə Şurasının iclasından sonra bildirib.

O deyib ki, jandarmların qarşısına kütləvi iğtişaşların qarşısının alınması və bölgədə vəziyyətin nəzarətə götürülməsi tapşırılıb. Nazir regionda vəziyyətin son dərəcə gərgin olduğunu dilə gətirib. Bununla yanaşı, o, təşkilatçıların sərt şəkildə cəzalandırılacağını bildirib.

Fransa hökuməti polislə toqquşmalar nəticəsində 100-dən çox insanın xəsarət aldığını, 200 nəfərə yaxın etirazçının isə saxlanıldığını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
22
apa.az

10Mənbələr