AZ

Emmanuel Makron Yeni Kaledoniyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron gün ərzində mayın 13-dən kütləvi etirazların keçirildiyi Yeni Kaledoniyaya səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno məlumat verib.

“Nazirlər Şurasının iclası zamanı prezident bu axşam Yeni Kaledoniyaya səfər edəcəyini bildirib”, - o, Nazirlər Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

Daha əvvəl məlumat verilmişdi ki, E.Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbi qüvvə göndərmək qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
4
operativmm.az

10Mənbələr