AZ

Bölgə Fransadan ayrılır - Makron xüsusi toplantı çağırdı

Yeni Kaledoniyada Fransadan müstəqillik tələb edənlərin təşkil etdiyi iğtişaşlar zamanı 200-dən çox adam həbs edilib.

Teleqtaf.com xəbər verir ki, Fransa hökuməti dəniz və hava limanlarının təhlükəsizliyini təmin etmək üçün Yeni Kaledoniyaya qoşun göndərdiyini açıqlayıb.

Rəsmi Paris iddia edir ki, etirazları yatırmaq üçün ordudan istifadə olunmayacaq.

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyadakı vəziyyətlə bağlı Müdafiə və Təhlükəsizlik Şurasının xüsusi iclasını keçirəcək.

Makron həmçinin Yeni Kaledoniya nümayəndələrini videokonfrans vasitəsilə fikir mübadiləsi aparmağa dəvət edib.

Mayın 13-də uzun illərdir müstəqillik əldə etmək istəyən Yeni Kaledoniyada kütləvi etiraz aksiyaları başlayıb. Toqquşmalar nəticəsində azı 3 nəfər ölüb, jandarmlar da daxil olmaqla daha 4 nəfər ağır yaralanıb. Ümumilikdə yaralıların sayı 300-ü ötüb.

Fransa Baş naziri Qabriel Atal mayın 15-də Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
22
teleqraf.com

10Mənbələr