AZ

Qəzzada ölənlərin sayı 35 min 272-yə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 39 nəfər artaraq 35 min 272-yə çatıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 4 qırğın törətdiyi, bu hücumlarda daha 39 fələstinlinin həyatını itirdiyi, 64 fələstinlinin isə yaralandığı bildirilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
33
azxeber.com

10Mənbələr