AZ

Donmuş insanları həyata qaytaracaq kəşf

Alimlər beynimizi əbədi olaraq qorumaq üçün bir addım daha yaxındırlar. Kriogen dondurulmuş beyin toxuması zədələnmədən uğurla əridilib.

News24.az xəbər verir ki, üstəlik, dondurulduqdan sonra onun neyronları hələ də normal şəkildə siqnal göndərə bilib.

Bu inkişaf elm üçün böyük bir problem olub. Çünki ultra həssas, süngər kimi beyin toxuması dondurulduqda tez-tez zədələnir və əridikdə istifadə yararsız hala gəlir.

İNSANLARI HƏYATA QAYTARMAQ

Dondurulmuş beyin toxumasını zədələmədən əritmək təkcə yeni dərmanlar üzərində işləmək istəyən nevroloqlar üçün bir irəliləyiş deyil, həm də gələcəkdə "insanları həyata qaytarmaq" ideyasını irəli sürəcəyi gözlənilir.

İdeya ondan ibarətdir ki, insanlar gələcəkdə elmin onları sağlam şəkildə həyata qaytarmaq üçün kifayət qədər irəliləyəcəyi ümidi ilə bədənlərini dondurub qeyri-müəyyən müddətə saxlaya bilərlər.

BEYİN TOXUMASINI DONDURAN QARIŞIM

Çinin Fudan Universitetində işləyən Harvard təhsilli nevroloq professor Zhiçenq Şao neyronları donma zamanı zədələnmədən qoruyan "MEDY" adlı mürəkkəb kimyəvi qarışım hazırlayıb.

Doktor Şao Cell Reports Methods jurnalında dərc olunan araşdırmasında "MEDY insan beyin toxumasının kriokonservasiyası üçün istifadə edilə bilər" deyib.

Beyin hüceyrələrimizin 80 faizi sudan ibarət olduğu üçün bəzən donduğumuz zaman buz kristalları əmələ gəlir.

BEYNİ DONMAQDAN QORUMAQ

Bunlar bütün hüceyrələrimizi, xüsusən də həssas beyin hüceyrələrimizi poza və zədələyə bilər. Bu hüceyrələr əridildikdə funksional olaraq istifadəyə yararsız hala gəlir.

Professor Şao və komandası, beyin toxumasını kristallaşmadan soyuq saxlayan və qocalmasının qarşısını alan fərqli bir maddənin axtarışına çıxıb.

Araşdırmalar nəticəsində tapdıqları qarışım sayəsində beyin toxuması zədələnmədən qorunmaqla yanaşı, normal funksiyasını bərpa edərək həyata qaytarılıb.

BEYİN DONDURULMASININ ÇƏTİNLİKLƏRİ

Alimlər beyin toxumasını zədələmədən dondurmağı bacarsalar da, bütün beyni dondurmağın çətin olduğunu və özü ilə müxtəlif problemlər gətirdiyini deyirlər.

Təcrübələr uğurlu olarsa, onlar donmuş insanları həyata qaytarmaq üçün gələcək səyləri dəstəkləyə bilər.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
8
news24.az

10Mənbələr