AZ

Alimlərdən inanılmaz kəşf: Donmuş insanlar həyata qaytarılacaq

Alimlər beynimizi əbədi olaraq qorumaq üçün bir ilkə imza atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Fudan Universitetində çalışan nevroloq professor Zhiçenq Şao neyronları donma zamanı zədələnmədən qoruyan “MEDY” adlı mürəkkəb kimyəvi qarışıq hazırlayıb.

Professor beyin toxumasını kristallaşmadan soyuq saxlayan və qocalmasının qarşısını alan fərqli bir maddənin axtarışına çıxıb. Araşdırmalar nəticəsində tapılan qarışıq sayəsində beyin toxuması qorunmaqla yanaşı, normal fəaliyyətini bərpa edərək həyata qaytarılıb.

Professorun sözlərinə görə, təcrübələr uğurlu olarsa, gələcəkdə donmuş insanları həyata qaytarmaq mümkün olacaq:

“Beyin hüceyrələrimizin 80 faizi sudan ibarət olduğu üçün bəzən donduğumuz zaman buz kristalları əmələ gəlir.

Kriogen dondurulmuş beyin toxuması zədələnmədən uğurla əridilib. Üstəlik, dondurulduqdan sonra onun neyronları hələ də normal olaraq siqnal göndərə bilirdi. Bu, elm üçün böyük problem idi, çünki ultra həssas, süngər kimi beyin toxuması dondurulduqda tez-tez zədələnir və əridikdə istifadəyə yararsız hala gəlir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
publika.az

10Mənbələr