AZ

Alimlərdən inanılmaz kəşf: Donmuş insanları həyata qaytarmaq üçün...

Alimlər beynimizi əbədi olaraq qorumağa bir addım daha yaxınlaşıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, alimlər dondurulmuş beyin toxumasını zədələnmədən uğurla əridib.

Belə ki, dondurulduqdan sonra da neyronlar normal olaraq siqnal göndərə bilib.

Məlumata görə, əvvəllər bu, elm üçün böyük bir problem idi, çünki ultra həssas, süngər kimi beyin toxuması dondurulduqda tez-tez zədələnir, əridildikdə isə istifadə edilə bilməz hala gəlirdi.

Qeyd olunub ki, donmuş beyin toxumasını zədələmədən əritmək təkcə yeni dərmanlar üzərində işləmək istəyən nevroloqlar üçün bir irəliləyiş deyil, həm də gələcəkdə insanları həyata qaytarmaq ideyasının irəli sürüləcəyini göstərir.

İdeya ondan ibarətdir ki, insanlar gələcəkdə elmin onları sağlam şəkildə həyata qaytaracaq qədər irəliləyəcəyi ümidi ilə bədənlərini dondurub qeyri-müəyyən müddətə qoruya bilərlər.

Çinin Fudan Universitetində çalışan Harvard təhsilli nevroloq, professor Zhiçenq Şao neyronları donma zamanı zədələnmədən qoruyan “MEDY” adlı mürəkkəb kimyəvi qarışıq hazırlayıb.

Şao "Cell Reports Methods" jurnalında dərc olunmuş araşdırmasında bildirib ki, "MEDY" insan beyin toxumasının kriokonservasiyası üçün istifadə edilər.

Qeyd olunub ki, beyin hüceyrələrimizin 80 faizi sudan ibarət olduğu üçün bəzən donduqda buz kristalları əmələ gəlir.

Belə ki, bu proses bütün hüceyrələrimizi, xüsusən də həssas beyin hüceyrələrimizi poza və zədələyə bilər. Bu hüceyrələr əridildikdə isə funksional olaraq yararsız hala düşürlər.

Buna görə də, professor Şao və komandası, beyin toxumasını kristallaşmadan soyuq saxlayan və qocalmasının qarşısını alan fərqli bir maddənin axtarışına çıxdı.

Araşdırmalar nəticəsində onlar tapdıqları qarışıq sayəsində beyin toxumasını zədələnmədən qorunmaqla yanaşı, normal fəaliyyətini bərpa edərək həyata qaytarıb.

Alimlər beyin toxumasını zədələmədən dondurmağı bacarsalar da, bütün beyni dondurmağın çətin olduğunu və özü ilə müxtəlif problemlər gətirdiyini deyirlər. Təcrübələr uğurlu olarsa, onlar donmuş insanları həyata qaytarmaq üçün gələcək səyləri dəstəkləyə bilərlər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
8
musavat.com

10Mənbələr