AZ

Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Sabah" və "Xəzri" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər.

Qarşılaşma saat 19:30-da başlayacaq.

Seriyanın növbəti oyunları mayın 19-da və 22-də baş tutacaq. Üç qələbə qazanan komanda Azərbaycan çempionu adına sahib çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
9
report.az

10Mənbələr