AZ

Güllələnən Baş nazirin vəziyyəti açıqlandı - YENİLƏNDİ (VİDEO)

Slovakiyanın Baş naziri Robert Fitsonun son vəziyyəti açıqlanıb.   Manset.az  xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robert Kalinyak mətbuat konfransında bildirib. “Onun vəziyyəti son dərəcə ağırdır. Dua edirik. Hələlik yaxşı xəbərimiz yoxdur. Həqiqətən də vəziyyəti çox ağırdır”, - Kalinyak deyib. Nazirin sözlərinə görə, baş nazirin əməliyyatı davam edir. Əməliyyat artıq 3,5 saatdan çox davam edib. ***18:42 Bu gün silahlı insident zamanı yaralanan və xəstəxanaya çatdırılan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti açıqlanıb.   Manset.az xəbər verir ki, bu barədə məlumatı “Plus SK” yayıb. Bildirilir ki, hazırda Fitsonun vəziyyəti ağırdır. O, qarın və döş qəfəsindən olmaqla bir neçə nahiyədən yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
manset.az

10Mənbələr