AZ

Slovakiyanın güllələnən baş nazirinin vəziyyəti AÇIQLANDI

Mayın 15-də sui-qəsd cəhdi nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır.

Bu barədə siyasətçinin müalicə aldığı Banska Bıstritsa şəhərindəki Ruzvelt xəstəxanasının baş həkimi Miriam Lapunikovaya məlumat verib.

"İnanırıq ki, onun səhhəti yaxşılaşmağa davam edəcək və sağalma prosesi çox müsbət gedəcək", - deyə Lapunikova bildirib.

Xəstəxana rəhbərliyinin məlumatına görə, Fitso cümə axşamı nəzarət tibbi müayinəsindən keçib.

Bu arada, Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak Fitsonun xəsarətləri çox ağır olduğundan onun müalicəsinin uzun çəkəcəyi barədə fikir bildirib. Qeyd edək ki, sui-qəsd zamanı hökumət başçısı beş güllə yarası alıb.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
olke.az

10Mənbələr