AZ

Makron Yeni Kaledoniyadakı hadisələrlə əlaqədar təcili iclas keçirəcək...

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada (Sakit Okeanda Fransanın dəniz kənarında yerləşən ərazisi(?)) iğtişaşlarla əlaqədar Yelisey sarayında Respublikanın Müdafiə Şurasının iclasını çağırıb.

SİA xəbər verir ki, bu barədə LCI telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Müdafiə Şurasının iclası ilə əlaqədar Nazirlər Şurasının həftəlik iclası təxirə salınıb. Yeni Kaledoniyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda cədvəldəki dəyişikliklərlə əlaqədar dövlət başçısı dəniz külək turbinləri parkının açılışında iştirak etməli olduğu Fecamp səfərini də ləğv edib.

Bundan sonra, mayın 16-da o, 12 illik gecikmədən sonra yeni EPR nüvə reaktorunun tikintisi başa çatdırılan Flamanvil Atom Elektrik Stansiyasına baş çəkəcək.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
22
sia.az

10Mənbələr