AZ

Prezident İlham Əliyev Slovakiya Baş nazirinə sui-qəsdiQINADI

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdlə bağlı paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, dövlət başçısı “X” səhifəsindəki paylaşımda bildirib:

“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram”.

Qeyd edək ki, Slovakiya Baş nazirinə sui-qəsd edilib.

Baş naziri Robert Fitso hökumət binasından çıxandan sonra əraziyə toplaşmış insanlara yaxınlaşıb.

Həmin an isə insanların arasından ona atəş açılır. 

Atəş açan şəxs artıq polis tərəfindən tutulub.

Slovakiya mediası onun məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazıb.  71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib. Baş nazir Fitso ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
xezerxeber.az

10Mənbələr