AZ

Baş nazirə sui-qəsd edən şəxs məşhur yazıçı imiş - YENİLƏNİB - VİDEO - FOTO

19:07

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub.

Olaylar.az APA-ya istinadən bildirir ki, Slovakiya mediası həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu bildirir.

71 yaşlı yazıçının müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

--------
18:15


Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.

Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.

Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.

---------
17:50


Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.

-------
17:15


Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.

Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Onu xəstəxanaya aparıblar.

Bildirilir ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.
 

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
46
olaylar.az

10Mənbələr