AZ

Zenfira Mustafayeva: "Ailə həyatı qarşılıqlı hörmət və diqqət üzərində qurulmalıdır"

BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən başlanaraq hər il dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.  Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Bu gün olduqca əhəmiyyətli dəyərləri özündə birləşdirir. Çünki dünya miqyasında bütün insanların diqqəti ailələrə və onların problemlərinin həllinə yönəlir. 

Bəs bu günü qeyd etmək cəmiyyətdə hansı fərqi yarada bilər? Son illərdə ailə quruluşunun dəyişməsi necə müşahidə edilir? Bu dəyişikliklər ailə münasibətlərinə necə təsir edir?

QHT.az bu sualları Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevaya yönləndirib. QHT sədrinin sözlərinə görə, hər bir insanın həyatında ailənin rolu çox böyük: "Ailə bir dünyadır ki, orda özünü xoşbəxt, rahat hiss etməlisən. Ailə həyatı qarşılıqlı hörmətdir, diqqətdir, bir-birinə verilən əməkdir. Ailədə biz ilk olaraq sevməyi öyrənirik, xarakter formalaşır. İnsanlar müxtəlif olduğu kimi ailələrdə müxtəlifdir. Daima aqressiyayla, zorakılıqla yaşayan ailələrdə var. Və uğurlu ailələrə baxaraq “kaş bizdə belə yaşayardıq” deyirlər. Bəli, ona görə deyirəm ailəni qorumaq üçün əmək vermək lazım. Ailə münasibətlərinin başında simpatiya, həvəs, maraq, sevgi və seksə təlabat durur. Hisslər yeni olduqda isə bu insanana çox xoşbəxtlik verir və zamanla insan hisslərinin azalması ailənin diqqətini başqa istiqamətə yönəldir, məsələn işinə, özünə inkişafa, uşağa yönəlir".

Zenfira Mustafayeva həmçinin bildirib ki, əgər düşünürsüzsə uğurlu ailə bir şansdır, yanılırsız. O, ailə münasibətlərinin harmoniyasının qarşılıqlı hörmət, insanı mənfi və müstbətləri ilə qəbul etmək, bir-birini dinləmək olduğunu da vurğulayıb: "Hər kəs öz fikrini əsas tutub önə çəksə, ailənin ailə olmasına son qoyulur. Ailə insan həyatında ən zəngin xəzinədir. Bunu anlamaq və qorumaq mütləqdir. Ailə həyatı qurmağın səbəbi ailələrim müdaxiləsi ilə qurulan ailələr, sevgi ilə qurulan ailələr, xilas edici nikah ola bilər. Bir çox ailələrdə, ailələrin “köməyi” lazımsız müdaxilələri ilə çıxılmaz hallarda qalırlar. Yalnız güclü olanlar zamanında bu müdaxilələrə “dur” deməyi bacarırlar və fikirlərimi bir uşağın sözü ilə yekun vurmaq istəyirəm. O deyirdi: Ailə böyük işıqlı evdir, ailə dadlı yeməklərdi, ailə anamın sevinci, atamın gücüdü".

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
qht.az

10Mənbələr