AZ

Özünü "avtoritet" bilən cılız insanların dəstək verdiyi KİŞİLƏR: Boşandıqları qadınları niyə öldürürlər? - AÇIQLAMA

Özünü "avtoritet" bilən cılız insanların dəstək verdiyi KİŞİLƏR: Boşandıqları qadınları niyə öldürürlər? - AÇIQLAMA

Bildiyimiz kimi, 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Bununla yanaşı, ölkədə nikahların və uşaqların sayı azalmağa başlayıb. Mövcud vəziyyət ortadadır. Bu da yetmirmiş kimi vətəndaş nikahları və erkən yaşda axyaşlıların evləndirilməsi halları artıb.

Bütün bunların nəzdində boşanmış ailələr arasında münaqişələr davam edir. Azərbaycanda qadın cinayətlərin sayı az deyil. Boşanmaqlarına baxmayaraq, kişilər keçmiş həyat yoldaşılarının həyatına qəs edir. Nəinki boşanmış kişilər, artıq gənclər ayrıldıqları sevgililərini, keçmiş nişanlılarını bilə öldürür. Sosial şəbəkələrdə isə buna haqq qazandıranların sayı az deyil. Bəs kişi ayrıldığı qadından niyə əl çəkmir? Boşansa da, üstündən illər keçsə də, niyə qadını narahat edir, hətta onu öldürmək qərarına gəlir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, Azərbaycan kişisində sahiblik duyğusu həddindən artıq yüksəkdir. Sahiblik duyğusu yüksək olduğu üçün o sevməkdən daha çox sahiblənir.

"İnsan bir şey sahiblənəndə düşünür ki, bu onundur. Məsələn özümüzə bir telefon alırıq. Onunla necə istəyiriksə rəftar edirik. Onu istəsək qoruyuruq, hirslənəndə isə artırıq. Ən pisə isə Azərbaycanda deyilir ki, mən filankəsin qızını aldım. İnsan burada sahiblik duyğusunu önə çıxarmış olur. Bu halda ayrılsaqda onu özümüzün olduğunu təsəvvür edirik. Bu baxımdan xaricdə ikinci, üçüncü dəfə ailə qurmağa normal baxırlar. Amma biz də isə ikinci, üçüncü dəfə ailə qurmağa bəzi insanlar pis baxırlar. Subay oğlana boşanmış bir qızı heç kim məsləhət görmür. Çünki subay oğlan subay qız, boşanmış oğlan isə boşanan qız ilə ailə qurmalıdır. Hələ uşaqlı bir qadını kimsə öz oğluna uyğun görmür. Son dönəmlərdə istisna hallar görürük. Amma kütlə olaraq bəyənmədiyimiz bir məqamdır. Kişilər ayrılır və daha sonra başqa qadınla öz həyatlarını qururlar. Çox yaxşı da həyatlarına davam edirlər. Amma bu qadın ailə həyatı qura bilməz. Sual vermək istəyirəm ki, niyə qura bilməz? Yəni onu ikinci dəfə ailə qurmağa qoymayan səbəb nədir? Övladı olsa belə qadın istəsə ikinci dəfə ailə qura bilər".

Psixoloqun sözlərinə görə, biz ikinci dəfə ailə qurmağa pis baxdığımız üçün bəzən görürük ki, vətəndaşlar nikahlar ortaya çıxır və qeyri-qanuni vəziyyətlər yaranır. Gizlin olan hər bir şey daha sonralar fəsad verir:

"İllərlə biz bir insanı sevirik. Əgər həmin insan bizə yox deyirsə, onu anlamalı və çəkilməliyik. Bir insan bizə yox deyirsə, başqası ilə ailə qurursa müqayisəyə keçirik. Özümüzü sanki ondan aşağı görürük yaxud qisas hissi ilə yaşayırıq. Bu kişilərdə özgüvənsizlikdən xəbər verir. Yəni özgüvəni aşağı olan kişilər yaxud gənclər nişanlısını, keçmiş həyat yoldaşını daha çox qısqanır, kin-nifrət bəsləməklə həmin xanımı öldürə bilər. İnsanda aqressiya var və onu idarə etməyi bacarmalıdır. Daha çox son dönəmdə aqressiya aktiv və passiv olur. Passiv aqressiv passiv mövqedə durur. Amma görünür ki, bu insan aqressivdir. Aktiv aqressiv insanlar isə qarşımıza çıxır, döyür, təhqir edir və alçaldır. Nəhayətdə isə bu ölümlə nəticələnir. Aktiv aqressiv insanlar son dönəmlərdə görürük ki, daha çox artıb. Bununda artması cinayətlərin çoxalmasına şərait yaradır. Hər bir ana övladını böyüyəndə sevgi ilə böyütməlidir. Sevgi, diqqət, qayğı verməlidir ki, o başqası hansısa bir xanım yaxud bəy tərəfindən sevgiyə möhtac yaşamasın. Bu gün sosial şəbəkədə psixoloq kimi bəyənmədiyim bir mövqe var. Kimsə kimi öldürəndə hər kəs bilmədən, qarşı tərəfi dinləmədən "əcəb eləyib", "düz iş görüb" kimi rəylər yazırlar. Hətta xəyanət edən, pis iş görən bir qadını belə heç bir kişinin haqqı yoxdur ki, onu öldürsün. Dövlət və qanun var. Öldürəndə dövlət deyirmi ki, "yaxşı elədin". Dövlət sənə 15-18 il cəza verir. Haqqında hökm oxunur. Deməli bu adam səhv hərəkət edib. Belə adamları dövlət dəstəkləmir. Onları dəstəkləyən isə 3-5 özgüvənsiz, özünü "avtoritet" bilən cılız insanlardır".

Sevda Səfərova

Seçilən
125
50
sonxeber.az

10Mənbələr