AZ

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov 14 oyunçudan ibarət siyahıya 7 hücumçu, 3 blokçu, 2 toppaylayıcı və 2 libero daxil edib.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov

Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov

Qeyd edək ki, komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
report.az

10Mənbələr