AZ

Azərbaycan bədii gimnastları "Montenegro Cup"da iştirak edəcəklər

Azərbaycan bədii gimnastları iyunun 1-də Monteneqronun Budva şəhərində start götürəcək “Montenegro Cup”da iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək yarışda böyüklər arasında Mədinə Dəmirova və Zəhra Cəfərova bacarıqlarını göstərməyə çalışacaqlar.

Gənclər arasında Nilufər Oruclu ilə Şəms Müvəffəqi, yeniyetmələrdə isə Məryəm Baloğlanova və Nur Sadıqova mübarizə aparacaq.

Onlar məşqçilər Valentina Ukleyna və Darya Lehkanın rəhbərliyi altında uğur qazanmağa çalışacaqlar. Turnirdə azərbaycanlı hakimlər Aliyə Paşayevə və Aysel Həsənova ədaləti qoruyacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
report.az

10Mənbələr