Kişi və qadınlar arasında çimərlik voleybolu üzrə Azərbaycan Çempionatının başlama tarixi bəlli olub.

Offsideplus.az xəbər verir ki, turnirlər iyunun 25-28-də təşkil olunacaq.

Yarışlarda iştirak etmək istəyən klublar iyunun 21-dək qeydiyyatdan keçə bilərlər. Hər klub iki komanda ilə turnirə qatıla bilər.

Qeyd edək ki, çempionatın püşkatma mərasimi iyunun 23-də baş tutacaq.