AZ

Blinken: ABŞ Rusiyanın aktivləri üçün yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir

Amerika administrasiyası Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək üçün ABŞ Konqresinin verdiyi yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.

"Konqres bizə Rusiyanın ABŞ-dəki aktivlərini ələ keçirmək səlahiyyəti verib. Biz onlardan istifadə etmək niyyətindəyik", - o, Kiyev Politexnik İnstitutunda çıxışı zamanı deyib. 

Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın bərpası və yenidən qurulmasını Rusiyaya ödətməyə çalışır: "Beynəlxalq hüquq bunu tələb edir". 

Dövlət katibi təsdiqləyib ki, Birləşmiş Ştatlar Yeddilik Qrupu (G7) tərəfdaşları ilə qarşılıqlı əlaqəni davam etdirir və onların da dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə razı olduqları qənaətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
50
operativmedia.az

10Mənbələr