AZ

Kiyevə Krımı Britaniya silahları ilə vurmağa icazə verilir

Böyük Britaniya Ukrayna hərbçilərinə Krıma hücumlarda öz silahlarından istifadə etməyə icazə verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə çıxışı Sky News kanalı tərəfindən yayımlanan Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirib.

 

“Biz silahlarımızı Ukrayna ərazisində, o cümlədən Ukraynanın ayrılmaz hissəsi hesab etdiyimiz Krımda istifadə etməyə icazə vermişik”, - deyə o bildirib.

 

Şapps iddia edir ki, belə bir icazə verərkən Krallıq guya “beynəlxalq humanitar hüquq”u rəhbər tutur.

 

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bəyan etmişdi ki, Kiyev rejimi Britaniya silahları ilə Rusiya Federasiyasının dinc ərazilərinə hücum etmək hüququna malikdir.

 

Nazirdən sitat gətirən Reuters, sonradan hətta "bəzi təfərrüatlara yenidən baxmaq" üçün nəşrini geri götürməyə məcbur oldu, lakin sonradan onu geri qaytardı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
oxu24.com

10Mənbələr