AZ

Blinken: ABŞ Rusiya aktivlərini ələ keçirmək üçün yeni səlahiyyətlərdən istifadə edəcək



Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək üçün Konqres tərəfindən verilən yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir. TASS xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
Bundan əvvəl, mayın 14-də o, elan olunmamış səfərlə Ukraynaya gəlib.

“Bizim Konqres bizə Rusiyanın ABŞ-dakı aktivlərini ələ keçirmək səlahiyyəti verib. Biz onlardan yararlanmaq niyyətindəyik”, - Blinken bildirib.O qeyd edib ki, ABŞ G7 tərəfdaşları ilə qarşılıqlı əlaqəni davam etdirir və onları Rusiya Federasiyasının dondurulmuş aktivlərinin ələ keçirilməsinə razılıq verməyə çağırır. Vaşinqton onlardan Ukraynaya “zərərin ödənilməsi” üçün istifadə etməyi planlaşdırır.Xatırladaq ki, Rusiya Federasiyası Ukraynaya hərbi hücuma başladıqdan sonra Avropa İttifaqı və G7 ölkələri Rusiyanın aktivlərini dondurmuşdu. 300 milyard avroya yaxın valyuta ehtiyatlarının demək olar ki, yarısı bu tədbirə məruz qalıb. Onların əksəriyyəti (təxminən 191 milyard avro) Belçikanın Euroclear şirkətinin hesablarındadır. Artıq bir neçə aydır ki, onların müsadirə olunmasının mümkünlüyü Aİ-də müzakirə olunur. Eyni zamanda, Avropa Mərkəzi Bankı hesab edir ki, bu qərar Aİ valyutasının nüfuzunun çökməsinə gətirib çıxaracaq. Rusiya Federasiyasında bir şəxsin əmlakının müsadirəsi qanunsuz sayılır və beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozur.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
aia.az

10Mənbələr