Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili bu gün Tbilisiyə səfər edəcək ABŞ dövlət katibinin müavini Ceyms O`Braynlə görüşdən imtina edib.
Ölkə.Az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
“O`Braynın Bidzina İvanişvili ilə görüşü ilə bağlı müraciət olub, o bundan imtina edib”, - Kobaxidze bildirib.
O eyni zamanda ABŞ dövlət katibinin müavini ilə görüşdə ölkələr arasında birbaşa aviareyslərin yaradılması mövzusunun müzakirə olunacağına ümid etdiyini bildirib.
Mürtəza
Ölkə.Az