AZ

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədəki siyasi böhranın “xristian sevgisinin köməyi ilə” həll olunacağını bildirib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, İrakli Kobaxidze dindarlara müraciət edib:

 

“Xristianlığın əsas dəyəri məhəbbətdir... Amma bizim aramızda məhəbbəti süni şəkildə nifrətlə əvəz etməyə çalışan qüvvələr var ki, biz ölkəmizi, hər bir vətəndaşımızı sevgi ətrafında birləşdirmək üçün hər şeyi etməliyik”.

 

“Məhəbbət bizə abxaz və osetin qardaş və bacılarımızla birləşməyə də kömək edəcək”, - o, həmçinin vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
24
modern.az

10Mənbələr