AZ

AP Gürcüstanı Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina etməklə hədələdi

Gürcüstan “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edərsə, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina ediləcək. 

HİT.az xəbər verir ki, bunu mayın 13-də Tbilisiyə səfər edən Almaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot deyib. 

“Hörmətli Gürcüstan hökuməti, hörmətli hakim Gürcü Arzusu Partiyası, bu qanunu dayandırın. Gürcüstanın onunla parlaq gələcək şansı yoxdur”, deyə Rot bildirib.

Nəşrin məlumatına görə, səfərin vaxtsızlığı ilə bağlı Gürcüstan hakimiyyəti tərəfindən xəbərdarlıq edilən Rot və onun Polşa, Estoniya, Litva və Çexiyadan olan həmkarları Tbilisidə bu qanuna etiraz edən müxalifətlə görüş keçiriblər. 

Mayın 13-də Gürcüstan parlamentinin hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasını təmsil edən deputat Yekaterina Xerxeulidzenin sözlərinə görə, komitə iclas keçirib və iki dəqiqə ərzində sənədi təsdiqləyib. Eyni zamanda, Xerxeulidzenin sözlərinə görə, müxalifətçilərin görüşə qatılmasına icazə verilməyib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
24
hit.az

10Mənbələr