AZ

İrəvanda itaətsizlik aksiyası davam edir: artıq 38 iştirakçı saxlanılıb -VİDEO

Ermənistanda “Vətən naminə Tavuş” hərəkatı tərəfdarlarının çağırışı ilə itaətsizlik aksiyaları davam edir.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar bir neçə küçənin kəsişməsini bağlasalar da, hüquq-mühafizə orqanlarının bəyanatından sonra həmin küçələri yenidən açıblar.

 

İki deputat -Artur Xaçatryan və Qeqam Manukyan da etirazçılarla birlikdədir. 

 

Polis səhər tezdən aksiya keçirən 38 nəfəri saxlayıb. Onlar hökumət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqda günahlandırılırlar.


Xatırladaq ki, etirazçıların lideri, arxiyepiskop Baqrat Qalstanyan bazar ertəsi axşam “vətəndaş itaətsizliyi aktları vasitəsilə hakimiyyətə təzyiqləri gücləndirməyə” çağırmışdı.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
30
senzor.az

10Mənbələr