AZ

“Paşinyan Baqratı yaxın 1-2 gündə həbs edəcək“ -Qukasyan

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Tavuş bölgəsinin keşişi, "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri Baqrat Srbazan son günlər ölkədə siyasi hakimiyyətin dəyişməsi tələbi ilə aktiv şəkildə mitinqlər təşkil edir. Hətta bir neçə gün öncə tərəfdarları onun Ermənistanın baş naziri postuna namizədliyini də irəli sürüblər. 

Baş nazir Nikol Paşinyan isə ölkədə kilsənin agentlərlə dolmasını deyərək Baqratın xarici ölkələrdən birinə işləməsinə işarə edib.

“İctimai səs” partiyasının (DOK) partiyasının qurucusu Vardan Qukasyan yerli mediaya verdiyi açıqlamada diqqət çəkən açıqlama verib. O, iddia edib ki, Baqrat Srbazan yaxın 1-2 gün ərzində həbs olunacaq. 

“Dünən axşam aidiyyəti qurumların ənəkdaşları onu ​​tutmağa getsələr də,  yarı yoldan geri qayıdıblar. Nikol keşişin Sardarapata olan yolunu kəsmədi. Amma yaxın 1-2 gün ərzində Baqratı həbs edəcək”, - Vardan Qukasyan bildirib.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Baqrat Srbazan yaranmış fürsətdən sitifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
news365.az

10Mənbələr