AZ

Polis maşını az qala jurnalistin üstündən keçəcəkdi – VİDEO

Ermənistanın paytaxtı İrəvanda vəziyyət kəskinləşib.

KONKRET.az xəbər verir ki, xüsusi təyinatlı polis qüvvələri Abovyan küçəsində, Respublika meydanının yaxınlığında mitinqi dağıtmağa səy göstərir.

Videodan da göründüyü kimi, polis maşını az qala “Mediahab” jurnalistinin üstünə çıxır. Qırmızı berelilərdən biri qorxmuş jurnalistə yaxınlaşaraq onu sakitləşdirməyə çalışıb.

Meydanda qırmızı beretlərin böyük qüvvələri cəmləşib.

Qeyd edək ki, İrəvanda yenidən etiraz aksiyaları keçirilir. “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları Sayat-Nova-Nalbandyan və Sayat-Nova-Abovyan yollarını qısa müddətə bağlayıblar. Gənclərə qoşularaq yolu kəsən sürücülərdən biri polis tərəfindən avtomobildən çıxarılaraq nəzarətə götürülüb. Parlamentin “Ermənistan” fraksiyasının deputatları Qeqam Manukyan, Artur Xaçatryan, Mher Saakyan da buradadır.

Respublika meydanında yürüş iştirakçıları zorla həbs edilir.

Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə bu səhər İrəvanda küçələr yenidən bağlanıb.

“Siz yenə də təzyiqləri artırırsınız. Cənubdan şimala bütün Ermənistan ərazisində dinc itaətsizlik, sülh və sevgi aksiyaları keçirilməlidir. Həqiqət, istədiyi şəkildə qalib gələcək”, – Baqrat Srbazan dünən deyib.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
30
konkret.az

10Mənbələr