AZ

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb

İndoneziyanın qərbindəki Sumatra adasında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Təbii fəlakətlərin idarə olunması agentliyinin rəsmisi bildirib ki, daşqınlar nəticəsində azı 37 nəfər xəsarət alıb, daha 27 nəfər itkin düşüb.

Xatırladaq ki, daha öncə 41 nəfərin öldüyü bildirilirdi.

Seçilən
217
35
sia.az

10Mənbələr