AZ

Əfqanıstanda sel nəticəsində 50 nəfər ölüb

Əfqanıstanın Qor vilayətində daşqınlar nəticəsində 50 nəfər ölüb, 10 nəfər itkin düşüb. 

"Operativ Media" yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, sel nəticəsində 2000 ev dağılıb, 4000 binaya qismən ziyan dəyib.

Məlumatlara görə, minlərlə mal-qara tələf olub, 50-dən çox avtomobilə ziyan dəyib. Körpülər və yüzlərlə hektar kənd təsərrüfatı sahəsi də dağıdılıb. Fəlakət əyalətdən Kabil və Herata gedən avtomobil yollarının bağlanmasına səbəb olub.

Fəryab vilayətində daha 7 nəfər daşqınların qurbanı olub. Yerli rəsmilərin sözlərinə görə, sel burada da böyük maddi ziyan vurub.

Qeyd edək ki, mayın birinci yarısında Əfqanıstanın şimalında dağıdıcı daşqınlar baş verib. Bir çox əyalətlərdə yaşayış yerlərinə və infrastruktura ciddi ziyan vurub, çoxlu sayda insan həyatını itirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
3
operativmedia.az

10Mənbələr