AZ

Livan sərhədində İsrail əsgərləri yaralandı

İsrail ordusu Livan sərhəddindəki hücumda biri orta, üçü yüngül olmaqla 4 əsgəri yaralanıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ordudan verilən açıqlamada Livandan İsrailin şimalındakı Yiftah bölgəsinə 2 ədəd tank əleyhinə raketin atıldığı bildirilib. Yaralı əsgərlərin xəstəxanaya aparıldığı bildirilərkən, Livandan göndərilən pilotsuz uçuş aparatının (PUA) sərhədin İsrail tərəfinə düşdüyü və hadisə nəticəsində xəsarət alan olmadığı qeyd edilib. Digər tərəfdən, Hizbullah tərəfindən edilən açıqlamada 4 əsgərin yaralandığı hücumun məsuliyyətini üzərinə götürdüyü, İsrail ordusuna aid bir tankın hədəf alındığı bildirilib. Hizbullah həmçinin İsrailin sərhəd bölgəsində daha iki hədəfə hücum etdiyini açıqlayıb. Əfsanə Rəcəb

Mnaşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
manset.az

10Mənbələr