AZ

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bütün matçlar eyni günə təsadüf edib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası – “Adana Dəmirspor” evdə “Qaziantep”ə böyük hesabla uduzub. Şahruddin 90 dəqiqə oynadığı bu görüşdə 6 qol buraxıb.

Millimizin digər üzvü – Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” isə bu turda “Ankaragücü” ilə ev oyunundan qalib ayrılıb. Komandasının qələbə qolunu 88-ci dəqiqədə meydana buraxılmış azərbaycanlı hücumçu vurub.

Lider “Qalatasaray” bu dəfə səfərdə “Fatih Karagümrük”ə qalib gəlib. Liderin əsas izləyicisi “Fənərbaxça” da “Kayserispor”la ev oyununda darmadağına sevinib.

“Alanyaspor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.

Hazırda “Qalatasaray” 99 xalla vahid liderdir. “Fənərbaxça”nın 93, “Trabzonspor”un 61, “Başakşəhər”in 58, “Beşiktaş”ın 55, “Kasımpaşa”nın 52, “Alanyaspor”un 50 xalı var.

Türkiyə Super Liqası
36-cı tur

12 may

Adana Dəmirspor – Qaziantep 1:6
Qollar: Mendosa, 31 – Draquş, 11; 77. Markoviç, 32. Djilobodji, 45+7. Eskihellaç, 67. Badji, 90.

Alanyaspor – Beşiktaş 1:1
Qollar: Koka, 79 – Muleka, 61.

Fənərbaxça – Kayserispor 3:0
Qollar: Batşuayi, 18. Djiku, 43. Ç.Söyüncü, 59.

Hatayspor – Ankaragücü 2:1
Qollar: G.Sağlam, 71. R.Dadaşov, 90 – Maçeda, 85.

Fatih Karagümrük – Qalatasaray 2:3
Qollar: R.Mendes, 34. Markao, 83 – B.A.Yılmaz, 45+4. Mertens, 70. B.Kutlu, 90.

Kasımpaşa – Antalyaspor 3:1
Qollar: Nqoy, 16. Da Kosta, 37. Hayradinoviç, 82-pen – Gerxaliu, 90+1.

Konyaspor – Samsunspor 3:0
Qollar: Nzonzi, 21. Gilyerme, 28. Çikalleşi, 38.

Pendikspor – Rizəspor 2:1
Qollar: Tiam, 65. U.Nayir, 74 – Şelvi, 44.

Sivasspor – Başakşəhər 0:1
Qollar: Davidson, 29.

Trabzonspor – İstanbulspor 3:0
Qollar: Onuaçu, 6; 7. Munye, 49.

Seçilən
177
4
1

1Mənbələr

Şərh ()
Bağla