AZ

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.



Komanda.az xəbər verir ki, bütün matçlar eyni günə təsadüf edib.



Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası – “Adana Dəmirspor” evdə “Qaziantep”ə böyük hesabla uduzub. Şahruddin 90 dəqiqə oynadığı bu görüşdə 6 qol buraxıb.



Millimizin digər üzvü – Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” isə bu turda “Ankaragücü” ilə ev oyunundan qalib ayrılıb. Komandasının qələbə qolunu 88-ci dəqiqədə meydana buraxılmış azərbaycanlı hücumçu vurub.



Lider “Qalatasaray” bu dəfə səfərdə “Fatih Karagümrük”ə qalib gəlib. Liderin əsas izləyicisi “Fənərbaxça” da “Kayserispor”la ev oyununda darmadağına sevinib.



“Alanyaspor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.



Hazırda “Qalatasaray” 99 xalla vahid liderdir. “Fənərbaxça”nın 93, “Trabzonspor”un 61, “Başakşəhər”in 58, “Beşiktaş”ın 55, “Kasımpaşa”nın 52, “Alanyaspor”un 50 xalı var.



Türkiyə Super Liqası36-cı tur12 may



Adana Dəmirspor – Qaziantep 1:6Qollar: Mendosa, 31 – Draquş, 11; 77. Markoviç, 32. Djilobodji, 45+7. Eskihellaç, 67. Badji, 90.



Alanyaspor – Beşiktaş 1:1Qollar: Koka, 79 – Muleka, 61.



Fənərbaxça – Kayserispor 3:0Qollar: Batşuayi, 18. Djiku, 43. Ç.Söyüncü, 59.



Hatayspor – Ankaragücü 2:1Qollar: G.Sağlam, 71. R.Dadaşov, 90 – Maçeda, 85.



Fatih Karagümrük – Qalatasaray 2:3Qollar: R.Mendes, 34. Markao, 83 – B.A.Yılmaz, 45+4. Mertens, 70. B.Kutlu, 90.



Kasımpaşa – Antalyaspor 3:1Qollar: Nqoy, 16. Da Kosta, 37. Hayradinoviç, 82-pen – Gerxaliu, 90+1.



Konyaspor – Samsunspor 3:0Qollar: Nzonzi, 21. Gilyerme, 28. Çikalleşi, 38.



Pendikspor – Rizəspor 2:1Qollar: Tiam, 65. U.Nayir, 74 – Şelvi, 44.



Sivasspor – Başakşəhər 0:1Qollar: Davidson, 29.



Trabzonspor – İstanbulspor 3:0Qollar: Onuaçu, 6; 7. Munye, 49.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərTürkiyə Super Liqası

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
4
komanda.az

6Mənbələr