AZ

Super Liqa: “Qalatasaray”la “Fənərbaxça” 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 36-cı turunun qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

“Alanyaspor” – “Beşiktaş” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası – “Adana Dəmirspor” doğma meydanda “Qaziantep”ə biabırçı hesabla uduzub. Şahruddin 90 dəqiqə oynadığı bu görüşdə 6 qol buraxıb.

Milli komandamızın digər üzvü – Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” isə bu turda “Ankaragücü” ilə qarşılaşıb və nəhayət ki, qələbə sevinci yaşayıb. Komandasının qələbə qolunu 88-ci dəqiqədə meydana buraxılmış azərbaycanlı hücumçu vurub.

Lider “Qalatasaray” bu dəfə səfərdə “Fatih Karagümrük” üzərində çətin qələbəyə sevinib. İstanbul nəhənginin əsas izləyicisi və əzəli rəqibi “Fənərbaxça” da “Kayserispor”la ev oyununda darmadağına sevinib.

“Kasımpaşa” “Antalyaspor”u, “Konyaspor” “Samsunspor”u, “Pendikspor” “Rizəspor”u, “Trabzonspor” “İstanbulspor”u məğlub yola salıb. “Sivasspor” isə evdə “Başakşəhər”ə uduzub.

Türkiyə, Super Liqa
36-cı tur
12 may

Adana Dəmirspor – Qaziantep 1:6
Qollar: Mendosa, 31 – Draquş, 11; 77. Markoviç, 32. Djilobodji, 45+7. Eskihellaç, 67. Badji, 90.

Alanyaspor – Beşiktaş 1:1
Qollar: Koka, 79 – Muleka, 61.

Fənərbaxça – Kayserispor 3:0
Qollar: Batşuayi, 18. Djiku, 43. Ç.Söyüncü, 59.

Hatayspor – Ankaragücü 2:1
Qollar: G.Sağlam, 71. R.Dadaşov, 90 – Maçeda, 85.

Fatih Karagümrük – Qalatasaray 2:3
Qollar: R.Mendes, 34. Markao, 83 – B.A.Yılmaz, 45+4. Mertens, 70. B.Kutlu, 90.

Kasımpaşa – Antalyaspor 3:1
Qollar: Nqoy, 16. Da Kosta, 37. Hayradinoviç, 82-pen – Gerxaliu, 90+1.

Konyaspor – Samsunspor 3:0
Qollar: Nzonzi, 21. Gilyerme, 28. Çikalleşi, 38.

Pendikspor – Rizəspor 2:1
Qollar: Tiam, 65. U.Nayir, 74 – Şelvi, 44.

Sivasspor – Başakşəhər 0:1
Qollar: Davidson, 29.

Trabzonspor – İstanbulspor 3:0
Qollar: Onuaçu, 6; 7. Munye, 49.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
4
arena.az

6Mənbələr