AZ

Rusiyada ağır qəza: Ölənlər var

Rusiyanın Nijni Novqorod vilayətində magistral yolda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

 

Oxu24.com  xəbər  verir  kibu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Hadisə mayın 12-nə keçən gecə Nijni Novqorod-Kstovo yolunun 12-ci kilometrliyində baş verib.

 

İlkin məlumata görə, “Kia Rio” markalı avtomobilin sürücüsü sürət həddini aşaraq idarəetməni itirib və qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və “Kia Rio” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilib.

 

“Rusiya Daxili İşlər Nazirliyinin “Kstovski” istintaq orqanı faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsi ilə cinayət işi açıb”, - məlumatda deyilir.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
oxu24.com

10Mənbələr